Energetika Nazirliyi və SOCAR “Energy & AI” hakatonu təşkil edir
“Söndür və qazan!” enerji səmərəliliyi kampaniyası çərçivəsində Energetika Nazirliyi və SOCAR ali təhsil tələbələri üçün “Energy & AI” hakatonu keçirəcək. Hakaton 11 dekabr 2026-cı ildə SOCAR-ın Bakı Ali Neft Məktəbində baş tutacaq.
Komandalar real enerji istehlakı məlumatlarını təhlil edərək səmərəsiz istifadə hallarını və səbəblərini müəyyənləşdirəcək, enerji itkilərini azaltmaq üçün süni intellekt əsaslı rəqəmsal həll və ya işlək prototip hazırlayacaqlar.
Energetika, mühəndislik, İT, kompüter elmləri, süni intellekt, data analitikası, iqtisadiyyat və əlaqəli sahələr üzrə III–IV kurs bakalavr, magistratura və doktorantura tələbələri iştirak edə bilər. Komandalar 3–5 nəfərdən ibarət olmalıdır.
Mükafat fondu — 10 500 AZN
- I yer — 5 000 AZN
- II yer — 3 500 AZN
- III yer — 2 000 AZN
Vacib tarixlər
Müraciət üçün son tarix: 15 noyabr 2026
Hakaton: 11 dekabr 2026